
Hava kompressorları
Hava kompressorları sənayedə, tibb sahəsində və bir çox digər tətbiqlərdə geniş istifadə olunan mühüm avadanlıqlardan biridir. Bu cihazlar havanı sıxaraq yüksək təzyiqlə təmin edir və bu yolla müxtəlif əməliyyatların həyata keçirilməsinə kömək edir. Hava kompressorlarının bir neçə növü var, bunlardan biri də yağlı hava kompressorlarıdır. Bu məqalədə sizə bu kompressorların nə üçün istifadə edildiyi, onların işləmə prinsipləri, üstünlükləri və tətbiq sahələri haqqında ümumi məlumat verəcəyik.
Yağlı hava kompressorlarının işləmə prinsipi:
Yağlı hava kompressorları havanın sıxılması prosesində hərəkətli hissələri (Piston, vida kimi hissələri) yağ ilə yağlanır. Bu yağ, kompressorun içərisindəki mexaniki hissələrin sürtünməsini azaldır, eyni zamanda havanın sıxılma prosesi zamanı yaranmış istiliyi kontrolda saxlayır. Yağlı hava kompressorlarının işləmə prinsipi aşağıdakı mərhələləri əhatə edir:
-
İlk mərhələdə kompressor, havanı xarici mühitdən fan vasitəsi ilə sovurur.
-
İkinci mərhələdə kompressora daxil olan hava, silindr daxilində piston və ya vint mexanizmi ilə sıxılır. Bu müddətdə havanln həcmi azalarkən, təyziqi artar. Havanın sıxılması prosesinin sonunda hava daha yüksək təyziqli və daha aşağı həcmli bir formaya çevrilir.
-
Son mərhələdə sıxılmış hava, saxlamaq və ya birbaşa istifadə etmək üçün hava tankına və ya hava xəttinə göndərilir.
Üstünlükləri:
Yağlı hava kompressorlarının bir sıra üstünlükləri vardır ki, bunlar onların bir çox sahədə geniş istifadə olunmasına səbəb olur:
-
Maliyyə xərcləri: Yağlı hava kompressorları yağsız hava kompressorlarına nisbətən qiyməti və saxlama xərcləri daha aşağıdır.
-
Yüksək performans: yağlı hava kompressorları daha yüksək sıxılma nisbətlərinə və verimliliyə malikdir. Bu xüsusiyyətlər sayəsində sənaye sahələrində geniş istifadə imkanlarına malikdirlər.
-
Uzun ömür: yağ, kompressorun mexaniki hissələrinin aşınmasını azaldır, bu da onların uzun ömürlü olmasını təmin edir. Düzgün baxım edildikdə, uzun illər etibarlı şəkildə işləyir.
-
Davamlı işləmə: Bu tip kompressorlar, davamlı və uzun müddətli iş üçün daha uyğundur. Onlar tez-tez işləməli olan sənaye tətbiqlərində üstünlük təşkil edir.
-
Yağlı hava kompressorları, səs səviyyəsini azaltmaq üçün daha uyğundur.
Tətbiq Sahələri:
Yağlı hava kompressorları bir çox sahədə istifadə olunur. Bu sahələrdən bəziləri aşağıdakılardır:
-
Tikinti və tikinti materiallarının istehsalı: Tikinti sənayesində qazma və qumlama kimi əməliyyatlar üçün hava gücü tələb olunur. Yağlı hava kompressorları güclü və davamlı hava axını təmin edən belə ağır işlərdə istifadə olunur.
-
Avtomobil sənayesi: avtomobillərin təmiri və baxımı üçün lazım olan hava təchizatında mühüm rol oynayır.
-
Enerji istehsalı: Elektrik stansiyaları və neft-kimya zavodları kimi böyük enerji istehsal müəssisələrində soyutma, təmizləmə və davamlı hava axını təmin etmək üçün yağlı hava kompressorlarından istifadə edilir.
-
Neft və Qaz Sənayesi: Neft yataqlarında, boru kəmərləri boyunca və neft emalı zavodlarında qazı sıxmaq və nəql etmək üçün istifadə olunur.
-
Qida və İçki Sənayesi: Məhsula birbaşa təmas olmayan sahələrdə, etiketləmə və digər maşınlarının işləməsi kimi əməliyyatlarda istifadə olunur.
-
Tikinti: tikinti sahələrində müxtəlif alətlərin və maşınların işləməsi üçün istifadə olunur.
Yekun nəticə olaraq bunu qeyd edə bilərik ki, yağlı hava kompressorları, yüksək performans, davamlılıq və səmərəlilik kimi üstünlükləri ilə bir çox sahədə əvəzolunmaz avadanlıqlardan biridir. Onların müxtəlif tətbiq sahələrində geniş istifadəsi, bu kompressorların nə qədər vacib və faydalı olduğunu göstərir. Bu kompressorlarının düzgün seçilməsi və istifadəsi, onların maksimum performans və uzun ömür təmin etməsi üçün vacibdir. Bu səbəbdən, onların işləmə prinsiplərini və üstünlüklərini yaxşı anlamaq, istifadəçilər üçün böyük əhəmiyyət kəsb edir.